Erməni qızlar dalaşdı

17:08 | 01.04.2014
Erməni qızlar dalaşdı

Erməni qızlar dalaşdı

Ermənistanda gecə klublarının birində dava düşüb

Ermənistanda gecə klublarından birində qadınların iştirakı ilə dava düşüb. ANS PRESS-in “News.am” saytına istinadən verdiyi məlumata görə, hadisə saat 03 radələrində İrəvanda “Ueyev” gecə klubunda baş verib.

Dava iki qadının və 3 kişinin mübahisəsi nəticəsində yaranıb. Mübahisə nəticəsində dava böyüyüb.

Dalaşanları ayırmaq üçün gecə klubunun nəzarətçiləri məsələyə qarışıblar. Lakin aranı sakitləşdirmə mümkün olmadıqda məsələyə hüquq-mühafizə orqanaları nümayəndələri qarışıb.

Polis dava salanlardan 10 nəfəri saxlayıb. Onların izahatı alındıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM