• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Erməni radikallar Kaliforniyada türk diplomatlara hücum ediblər

Erməni radikallar Kaliforniyada türk diplomatlara hücum ediblər
30.09.2023 16:40

29 sentyabr 2023-cü il tarixində Cənubi Kaliforniya Universitetində "Annaberg” Jurnalistika Məktəbi və Yunus Əmrə İnstitutunun birgə ev sahibliyi etdiyi Türkiyənin İctimai Diplomatiyası mövzusunda konfransda türk diplomatlar radikal erməni qruplarının hücumuna məruz qalıb.

Bu barədə sosial şəbəkələrdə kadrlar və məlumatlar yayılıb.

Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayıb.

"Rəsmilərimiz radikal erməni qrupları tərəfindən hədəfə alınmış, sözlü və fiziki təzyiqlərə məruz qalmışlar.

ABŞ Diplomatik Təhlükəsizlik Bölməsi və Los Anceles Polis Departamenti (LAPD) lazımi təhlükəsizlik tədbirləri görərək Universitet şəhərciyində baş verən hadisələrin genişlənməsinin qarşısını alıb.

Ölkəmizi və Azərbaycanı hədəfə alan radikal diaspor qruplarının, son zamanlar isə Ermənistan hökumətini və regionda sülh prosesini hədəf alan nifrət dilinin zorakılıq aktlarına çevrilməsi narahatlıq doğurur. Nümayəndə heyətimizə fiziki hücum edənlərə qarşı lazımi hüquqi prosesi başladacağıq.

Bu hadisə bir daha aydın oldu ki, tarixi hadisələrin dar və yerli siyasi motivlərlə təhrif edilməsi, ekstremist qrupların xoşuna gəlmək üçün verilən bəyanatlar radikallaşmaya, nifrət nitqinə və zorakılığa təkan verir”, - Bəyanatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Yeni Roma Papası seçilib - Yenilənib
Dünya 21:26
Yeni Roma Papası seçilib - Yenilənib
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Dünya 19:51
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
Dünya 18:57
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol