Erməni silahlı bölmələri Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub.
Kənd sakinlərinin "Report”a verdiyi məlumata görə, kənd ərazisinə ümumilikdə 7-8 mərmi düşüb.
Atılan mərmilərdən ikisi kənddəki evlərdən birinin həyətyanı sahəsinə düşüb. Xoşbəxtlikdən kənd sakinlərindən heç kim xəsarət almayıb.
Erməni silahlı bölmələri yaşayış evləri ilə yanaşı, kənd qəbiristanlığını da atəşə məruz qoyub. Mərmilərin partlaması nəticəsində qəbirlərə ziyan dəyib.
Düşmən cavab atəşi ilə susdurulub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !