Erməni terror təşkilatı nazirimizlə bağlı bəyanat yaydı

14:44 | 22.01.2014
Erməni terror təşkilatı nazirimizlə bağlı bəyanat yaydı

Erməni terror təşkilatı nazirimizlə bağlı bəyanat yaydı

“Biz Edvard Nalbandyanın Azərbaycan Xarici İşlər naziri ilə görüşdən imtina etməyini tələb edirik”. “Axar.az”ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Hnçak partiyasının gənclər qanadı səsləndirib. Onlar son günlər baş verən hadisələrdən sonra nazirlərin görüşünün təhqiramiz olduğunu bildiriblər:“Qarabağdakı hadisələrdən sonra bu görüş nəyə lazımdır? Bu, təhqirdir. Biz Edvard Nalbandyandan Azərbaycan Xarici İşlər naziri ilə görüşdən imtina etməyi tələb edirik”. Qeyd edək ki, Hnçak partiyası tarixdə azərbaycanlılar və türklərə qarşı keçirdikləri terror hadisələri ilə məşhurdur. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti