Erməni zabiti Azərbaycana casusluğa görə həbs etdilər

12:25 | 09.12.2015
Erməni zabiti Azərbaycana casusluğa görə həbs etdilər

Erməni zabiti Azərbaycana casusluğa görə həbs etdilər


Ermənistan Milli Təhlükəsizlik Xidməti bu ölkənin vətəndaşı, 38 yaşlı Armavir vilayətinin sakini, ehtiyatda olan zabit Qarik Marutyanı Azərbaycanın xüsusi xidmət orqanları ilə uzun illər əməkdaşlıq etdiyinə görə  həbs edib. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, kompleks operativ kəşfiyyat tədbirləri nəticəsində ehtiyatda olan mayor, uzun illər müxtəlif hərbi hissələrdə kəşfiyyat xidmətinin rəisi işləyən Marutyan dekabrın 4-də saxlanılıb.

O, sosial şəbəkə vasitəsilə Türkiyədə fəaliyyət göstərən Azərbaycanın xüsusi xidmətçiləri ilə əlaqə quraraq, dövlət sirri hesab edilən məlumatları ötürməkdə təqsirkar bilinir.

Keçmiş zabitə qarşı vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM