Ermənilər Azərbaycan saytına hücum etdi - FOTO

10:53 | 24.07.2014
Ermənilər Azərbaycan saytına hücum etdi - FOTO

Ermənilər Azərbaycan saytına hücum etdi - FOTO

Peşəkar Futbol Liqasının rəsmi saytı erməni hakerlərinin hücumuna məruz qalıb.İdmanxeber.com xəbər verir ki, PFL-in rəsmi saytına "Armenian Army" başlıqlı yazı yerləşdirilib. Yazıda Azərbaycan Silahlı qüvvələrinə mesaj göndərilərək, təhqiredici ifadələr işlədilib.  Sayta ermənistanın milli ordusunun fotosunu, Kəlbəcərdə tutulmuş azərbaycanlının videosunu və Azərbaycan ordusunu hədələyən mətn yerləşdiriblər.Yazıda qeyri-etik ifadələr işlədildiyi üçün onun tərcüməsini sizə təqdim etmirik. Lakin sonuncu cümləni nəzərnizə çatdırırıq:"Bizə hücüm etməmişdən öncə 10 dəfə fikirləşin..."Qeyd edək ki, hazırda saytda sözügedən foto silinsə də, hələ ki, pfl.az saytı fəaliyyətini dayandırıb.Xatırladaq ki, dünən Ağdamın işğalı günündə "Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasına ərazi iddialarını qondarma faktlarla əsaslandırmağa çalışan “Nakhichevan belongs to Armenia” səhifəsi azərbaycanlıların israrı ilə bağlandı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM