Ermənilər bu bölgələrimizi izləmək üçün gizli kameralar quraşdırıb – Fotolar

20:22 | 22.06.2018
Ermənilər bu bölgələrimizi izləmək üçün gizli kameralar quraşdırıb – Fotolar

Ermənilər bu bölgələrimizi izləmək üçün gizli kameralar quraşdırıb – Fotolar

Son vaxtlar Azərbaycan ordusunun güclənməsi faktlarından ehtiyat edən ermənilər təcili tədbirlər görməyə başlayıblar.
Anews.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük elmi işçi, erməni dili üzrə ekspert İsmayıl Tanrıverdi məlumat yayıb. Məlumatda bildirilir ki, ermənilər ön mövqelərdə Baş ştabla (hətta görüntülü) əlaqə yaratmaq üçün Günəş batareyaları və video kameralar quraşdırmağa başlayıblar.
Professor bildirib ki, mötəbər mənbədən alınan foto görüntülü materiala istinadən Bərdə, Tərtər, Ağcabədi istiqamətində 42 metr hündürlüyündə quraqşdırdıqları video kamera isə 50 km-lik radiusda bütün hərəkət edən texniki avadanlıqları və canlıları müşayiət etməyə qadirdir.
Maraqlı olan isə odur ki, bütün bu işlərə ixtisaslı mütəxəssislər deyil, Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşları ilə birlikdə xüsusi xidmət dəstələrinin keçmiş rəisi A. Ğaramyan və onun keçmiş müavini Q. Sərkisyan rəhbərlik edirlər. Qeyd edək ki, A.Ğaramyan hazırda Ermənistan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsidir.
Məlumatda bildirilib ki, 14 mərtəbəli bina hündürlüyündə olan 42 metrlik qüllənin və ətrafdakı bütün beton bərkitmə işlərinin quraşdırılması cəmi 12 – 13 saat ərzində başa çatıb.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti