“Uorlik yeni heç nə demədi”.
Dağlıq Qarabağa yaxın ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması Ermənistanın planına daxil deyil.
ANN.Az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Oqanyan armtoday.info saytında deyib.
Oqanyanın bəyanatı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Qarabağ münaqişəsinin həlli üçün təklif etdiyi ünsürlər arasında “Dağlıq Qarabağı əhatə edən işğal edilmiş ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması” da əlavə edilən çıxışına cavab idi.
Oqanyan qeyd edib ki, erməni hərbçiləri əldə etdikləri qələbə ilə Ermənistanın siyasi rəhbərlərinin diplomatik arenada da zəfərini təmin ediblər.
“Uorlikin bəyanatına gəldikdə isə o, yeni heç bir şey deməyib. Biz isə öz tərəfimizdən çalışmalıyıq ki, öz məqsədlərimizə nail olaq”, - Oqanyan qeyd edib.
Jurnalistlərin ərazilər qaytarılacaqmı sualına, o: “Xeyr, elə şey yoxdur” deyə cavab verib.
ANN.Az