ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev Bakıda "Cənubi Qafqazda Səmərəli Readmissiya İdarəçiliyinin Yaradılmasının Dəstəklənməsi” layihəsi çərçivəsində qayıdış və readmissiya üzrə keçirilən beynəlxalq seminarın açılış mərasimində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının müxtəlif ölkələrində yaşayıb işləyən Azərbaycan Respublikasının vətəndaşları var. Onların bir qismi bu ölkələrdə qanuni şəkildə yaşayırlar, digər qismi isə heç bir sənəd olmadan qanunsuz şəkildə yaşayır və həmin ölkələrin müvafiq saxlama mərkəzlərində uzun müddət qalırlar.
DMX-nin rəis müavini bəyan edib ki, bu şəxslərin hüquqlarının qorunması Azərbaycan hökümətinin üzərinə düşür və həmin şəxslərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər görüləcək: "Çünki bizim əməkdaşlarımız həmin ölkələrin saxlama mərkəzlərində olarkən orada saxlanılan şəxslərlə bir sıra görüşlər keçirərkən məlum olub ki, həmin şəxslərin bir çoxu heç Azərbaycan Respublikasının vətəndaşları deyil, bir qismi Ermənistan vətəndaşlarıdır və özlərini Azərbaycan vətəndaşları kimi qərara verirlər. Onlar istəyirlər ki, həmin ölkənin müvafiq qurumları onların vətəndaşlıqlarını müəyyənləşdirə bilməsin”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !