İstanbulda terror: 5 ölü, 20 yaralı - VİDEO+YENİLƏNİB

14:22 | 19.03.2016
İstanbulda terror: 5 ölü, 20 yaralı - VİDEO+YENİLƏNİB

İstanbulda terror: 5 ölü, 20 yaralı - VİDEO+YENİLƏNİB

ANN.Az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, terror aktı nəticəsində kamikadze ilə birlikdə 5 nəfər ölüb. Bu barədə İstanbul validi Şahin məlumat verib.
 
Hazırda hadisə yerinə medianın girməsi yasaqlanıb. Hadisı yerində dəıhşətli məınzəırələrin əks olunduğu deyilir. 
 

***

İstanbulun Nİşantaşı səmtində də partlayışın baş verdiyi xəbəri təkzib olundu.

Bir neçə dəqiqə öncə bir neçə sosial şəbəkə istifadəçisi Nişantaşında da partlayışın baş verdiyini bildirmişdi.

Ən son məlumata görə, 10-u polis əməkdaşı olmaqla, 22 nəfər xəsarət alıb.

Daha öncə 2 nəfərin partlayış nəticəsində öldüyü bildirilib.
 
 
 
 

 
*** 
 
Türkiyənin İstanbul şəhərinin mərkəzində - İstiqlal prospektində partlayış baş verib.
 
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, ticarət mərkəzlərindən birinin qarşısında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışın səbəbi hələlik bəlli deyil. 
 
Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb.
 
Qeyd edək ki, Taksim meydanı yaxınlığında yerləşən məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların piyada çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb