Medianın azad fəaliyyətinin təmin edilməsi zəruridir - Peter Mixalko

15:32 | 02.05.2024
Medianın azad fəaliyyətinin təmin edilməsi zəruridir - Peter Mixalko

Medianın azad fəaliyyətinin təmin edilməsi zəruridir - Peter Mixalko

Media mənsublarının hüquqlarının qorunması, onların azad və sərbəst şəkildə fəaliyyətinin təmin edilməsi zəruridir. Bunu Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib. 
 
O bildirib ki, azad media demokratiyanın əsas elementidir. 

"Media azadlığı Aİ-nin müxtəlif ölkələrlə əməkdaşlığının əsasında dayanır. Həm Azərbaycanla, həm də digər ölkələrlə tərəfdaşlığımızda qanunun aliliyi, demokratiyaya hörmət əsas elementlərdir. Biz tərəfdaşlarımızın da bu prinsiplərə hörmətlə yanaşmasını istəyirik. Jurnalistlər riskli mühitlə üzləşirlər. Jurnalistlərin rolu, azad medianın rolu istənilən qlobal cəmiyyətdə əvəzolunmazdır. Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir. Jurnalist peşəsi getdikcə ən təhlükəli peşələrdən birinə çevrilib. 300-dən çox jurnalist həbsdədir, onlar öz işlərini gördüyü üçün həbs olunub”.
 
Bundan öncə İlham Əliyev bildib ki, Azərbaycanda media azadlığı təmin edilir, mətbuatda heç bir senzura yoxdur. Onun sözlərinə görə, əgər internet azaddırsa, heç bir məhdudiyyətdən söhbət gedə bilməz.
 
2023-cü ilin noyabrın 20-də "Abzas Media"nın direktoru Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə xarici valyutada qaçaq yolu ilə pul keçirtmə) ilə həbs olunub. Daha sonra AbzasMedianın redaktoru Sevinc Vaqifqızı eyni maddə ilə ittiham olunaraq saxlanılaraq həbs edilib. Bununla yanaşı "Abzas Media"nın əməkdaşları Nərgiz Absalamova, Elnarə Qasımova da saxlanılaraq həbs edilib. 

Martın 6-da Toplum Tv-nin ofisində axtarış aparılıb.

Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 
 
Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
Aygün
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb