Sahibə Qafarova ilə Alen Simonyan yenidən görüşüb - YENİLƏNİB

11:08 | 17.05.2024
Sahibə Qafarova ilə Alen Simonyan yenidən görüşüb - YENİLƏNİB

Sahibə Qafarova ilə Alen Simonyan yenidən görüşüb - YENİLƏNİB

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan Cenevrdədə VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində yenidən görüşüb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
 
 16 may 16:24
Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa danışıqlar olub.
Bunu Ermənistan Parlamentinin mətbuat xidmətinin rəhbəri Nelli Qulyan deyib.

Görüş Parlament sədrlərinin VI Ümumdünya Konfransı çərçivəsində baş tutub. Onların əsas görüşünün bu axşam baş tutacağı bildirilir.
 
 
14 may 15:17 
Mayın 16-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın görüşməsi planlaşdırılır. Bu barədə Ermənistan KİV məlumat yayıb.
 
Bildirilib ki, mayın 15-18-də Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün Cenevrədə işgüzar səfərdə olacaq. 
 
Görüşün məhz bu səfər zamanı baş verməsi planlaşdırılır.
 
Azərbaycan Milli Məclisinin mətbuat xidməti görüşlə bağlı xəbəri nə təsdiq, nə də təkzib etmədi.
 
Bundan öncə, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində hər iki dövlətin parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
 
Görüş zamanı Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh danışıqlarına iki ölkənin parlamentinin sülh prosesinə hansı dəstəyi göstərə bilməsi ilə bağlı məsələlərə nəzər yetirilib, daha sonra parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəlinib.
 
Aygün Mirakif
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM