Azercell və "Ümidli Gələcək” İB-in "Gələcəyi öz əllərinlə yarat” layihəsi çərçivəsində növbəti təlim baş tutub. "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında keçirilmiş təlimə yetkin qadınlarla yanaşı həm də yeniyetmə və gənc qızlar qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri iştirakçılara "yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka barədə məlumat veriblər. Qadın sığınacağının sakinləri isə öz növbələrində hədəfləri, karyera və təhsil planları barədə mütəxəssislərdən tövsiyələr alıblar.
Qadınlara həmçinin "Qadın Dəstək Xətti”nin xidmətləri barədə məlumat verilib. Onlara bu xidmətdən yararlanmaq tövsiyə edilib.
24 saat xidmət göstərən "Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri, İctimai Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.
Qadın sığınacağında baş tutmuş təlim haqqında video-material:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !