Azərbaycanda parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər - MSK

16:23 | 02.05.2024
Azərbaycanda parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər - MSK

Azərbaycanda parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər - MSK

Parlament seçkiləri vaxtından əvvələ çəkilə bilər. Bunu Mərkəzi Seçki Komissiyanın bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.
 
O bildirib ki, buna səbəb COP29-la bağlı keçiriləcək təbirin parlament seçkiləri ilə üst-üstə düşməsidir.
 
Konstitiusiyaya görə, parlament seçkiləri 5 ildən bir, noyabrda keçirilməlidir. Qanunvericiliklə seçkinin vaxtından əvvələ çəkilməsi mümkündür. 
 
Bundan öncə yerli mətbuatda parlament seçkilərinin iyul, avqustda keçirilməsi ilə bağlı xəbərlər yayılıb. 
 
Sonuncu  parlament seçkiləri 2019-cu ildə keçirilib. 
 
Hazırda boş qalan deputat yerlərinin sayı 10-a çatıb.

Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb