Sülhməramlılarının Azərbaycanı tərk etməsi yaxında yekunlaşacaq - Anar Eyvazov/Video

14:26 | 15.05.2024
Sülhməramlılarının Azərbaycanı tərk etməsi yaxında yekunlaşacaq - Anar Eyvazov/Video

Sülhməramlılarının Azərbaycanı tərk etməsi yaxında yekunlaşacaq - Anar Eyvazov/Video

Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi prosesi davam etdirilir və yaxın vaxtlarda bu proses yekunlaşacaq. Bu barədə anews.az-ın Xocalıya ezam olunmuş əməkdaşı Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəhbəri Anar Eyvazova istinadən məlumat verib.
 
O bildirib ki, hazırda Xocalıda keçirilən tədbir Sülhməramlı Kontingentinin missiyasının başa çatması ilə əlaqədar təşkil olunub. 
 
"Bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər, generallar iştirak edəcəklər. Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiya müdafiə nazirlərinin yaradıcı heyəti tərəfindən konsert proqramı təşkil ediləcək", - Eyvazov jurnalistlərin sualını cavablayarkən qeyd edib.
 
2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrini təxribatlarının qarşısının alınması məqsədilə keçirilmiş əks həmlə əməliyyatı nəticəsində 30 il işğal altında olan Azərbaycan torpaqları Azərbaycan Ordusu tərəfində 44 gün içərisində azad edilib. 
 
Bundan sonra 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Rusiya Sülhməramlıları Qarabağa yerləşdirilib. 
 
Növbəti antiterror tədbirlərindən sonra, əldə edilmiş razılaşma əsasında Sülməramlıların vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməyinə qərar verilib. 
 
Hazırda Xocalıda Sülhməramlı Kontingentinin Azərbaycan ərazisini tərk etməsi məqsədilə tədbir keçirilir. 
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM