Həmid Həmidov
Baxın, nəyə diqqət çəkirəm. Qafqaz xalqlarından heç biri – sadəcə birini çıxmaq şərti ilə indiyə kimi başına gətirilmiş zülm və dəhşətlərdən heç zaman sınmayıb və özünü yazıq görünüşündə dünyaya tanıtmağa çalışmayıb. Bu coğrafiyanın xalqları özünü əzab-əziyyət çəkən və məzlum görünüşündə görünməsini rədd edib.
Amma tarixin müəyyən dönımində Qafqaz xalqları arasında zülmə məruz qalanlar az olmayıb. Təkcə Stalin represiyyası nəyə desən dəyər. Amma repressiyaya məruz qalmalarına baxmayarq, heç zaman bundan məzlum görüntüsü yaratmaq üçün istifadə etməyiblər. Bəli, günahsız insanlar müxtəlif dönəmdə başlarına gələn müsibət və repressiyanı unutmamağa və onu yaddaşlarda saxlamağa çalışıb, buna baxmayaraq heç zaman özlərinə qarşı məzlum biri kimi yanaşılmasını da arzulamayıb.
Bu fenomeni izah etmək çox asandır. Qafqaz xalqları arsında güclü kişi obrazı həmişə dövriyyədə olub və ona yüksək dəyər veriblər. Güclü kişi heç zaman şikayət etmir, cəsarətli şəkildə döyüşü qəbul edir və kişi kimi də ölür. Həyatın bütün müsibət və ağrılarını çiynində daşıyan bu kişi obrazı, hisslərinin onu idarə etməsinə imkan vermir və yaşamağa davam edir.
Yəqin ki, sizi uşaqlıqda necə tərbiyə etikdlərini xatırlayırsınız. Valideyinlər həmişə deyirdi ki, kişilər ağlamaz, onlar güclü, qüvvətli, qürürlü, xeyirxah və s. olmalıdır.
Deyirdilərmi? Deyirdilər.
Bunu təkcə azərbaycanlılar yox, gürcülər, çeçenlər, dağıstanlılar və digər xalqlar da deyirdi. Çünki həqiqi Qafqaz xalqları şikayətlənməyi heç zaman şənlərinə sığmayıblar.
Diqqət edin, bu fonda bütün Qafqaz xalqlarından fərqlənən yeganə xalq ermənilərdir. Onlar hər il, yüz il bundan əvvəl yaşandığı idda edilən, faktiki olaraq şübhəli və ciddi saxtalaşdırılmış tarixi faciə haqqında "şaxsey-vaxsey” deyir və bütün dünyanın onlara yazıq və məzlum xalq kimi yanaşmasına çalışırlar.
Qafqazda onlardan başqa heç kim belə davranmır və heç zaman da davranmayacaq.
Bilirsinizmi, bu dolayı yolla nəyə işarə edir? Ermənilərin gəlmə xalq olduğunu sübut edir. Onlarda olan qafqazlı ruhu, qüruru, vicdanlılığı meksiklılardaki qədərdir.
Axı Qafqazda heç bir xalq öz ideologiyasını başqa xalqa nifrət üstündə qurmur. Rəqabət təbii ki, var. Başqa xalqlarla olan dava-dalaşları xatırlayır. Amma qonşu xalqa nifrət etməyi və özü də bunu körpə yaşdan ona aşılamağı heç kim etmir. Üzr istəyirəm, amma bu qafqazlı davranışı deyil. Ermənilərdə hər şey tərsinədir. Qızlı-oğlanlı bütün uşaqlarına lap körpə yaşdan, onların qurban olduğu, türklərin və azərbaycanlıların onların düşməni olduğunu öyrədirlər.
Təbii ki, Qafqaz da dəyişib. Qafqazda indi çox şeyi görmək və ondan utanmaq olar. Amma yenə də təkrar edirəm ki, ermənilərin davranışı ümumi fonda digər Qafqaz xalqlarından kəskin fərlənir və diqqət çəkir.
Bax buna görə düşünürəm ki, bəlkə də qonşumuzun bu davranışını bu qədər təkrar etməyə və yamsılamağa ehtiyac yoxdur. Bu bizim üzümüzə yaraşmır.
Azərbaycanlıların erməni təcavüzünün qurbanı olmasını sübut edəcək yeganə dəlil, bu nə qədər paradoksal səslənsə də, bizim torpaqlarımızın qayıtması ola bilər. Yalnız torpaqlarımızı qaytardıqdan sonra dünyaya sübut edəcəyik ki, həqiqi təcavüzkar kim idi.
Və bizə kiminsə yazığı gəlməsinə ehtiyac yoxdur.
Buna görə də, dünyanın qarşısında ağlayıb-sızlayıb gözünün suyunu tökmək də lazım deyil. Yenə təkrar edirəm ki, biz öz qonşumuzu yamsılamamalı və Qarabağ konfliktini xaricilərə izah edərkən onlara uyğun dəqiq müəyyən olunmuş strategiya işlənilib hazırlanmalıdır. Bu davranış çərçivəsində daşnakların azərbaycanlılara qarşı həqiqətən də törətdiyi vəhşiliklərlə bağlı nə yalvarmaq, nə də nəsə xahiş etmək lazımdır. Məlumat vermək, danışmaq və özünü layiq aparmaq başqa, xahiş etmək və yalvarmaq isə tam başqa bir davranışdı. İkinci davranışı, biz əsla etməməliyik.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !