Ermənilər ötən gecə cəbhədə itki verdiklərini təsdiqlədi

14:45 | 04.12.2015
Ermənilər ötən gecə cəbhədə itki verdiklərini təsdiqlədi

Ermənilər ötən gecə cəbhədə itki verdiklərini təsdiqlədi

Ermənilər ötən gecə cəbhə xəttində itki verdiklərini təsdiqləyiblər.
 
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun əsgəri 20 yaşlı Erik Qriqoryan Azərbaycan Silahlı Qüvvələri ilə atışmada öldürülüb.
 
Məlumata görə, o bu gün ordudan tərxis olunacaqmış.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də cəbhədə baş verən son insidentlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışır. Regiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.
 
Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıb. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM