Ermənilərdən azərbaycanlılara ağır cəza

15:55 | 19.12.2014
Ermənilərdən azərbaycanlılara ağır cəza

Ermənilərdən azərbaycanlılara ağır cəza

Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən azərbaycanlıların bu gün növbəti məhkəməsi baş tutub.

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, prokuror girov Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu barədə məlumatı qondarma Dağlıq Qarabağ Respublikasının baş nazirinin mətbuat katibi Artak Beglaryan özünün tvitter hesabında yazıb.

Ermənistan mətbuatının yazdığına görə, prokuror əsas kimi onu göstərib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz olaraq sərhədi keçiblər, informasiya toplayıb və video çəkilişlər aparıblar: "Smbat Çakanyanın ölümü şəraiti onu  göstərir ki, cinayət bir nəfər, Dilqəm Əsgərov tərəfindən həyata keçirilib. Onun ermənilərə nifrəti öldürülən oğlanla bağlı Quliyevə "nədi yoxsa erməniyə yazığın gəlir?”müraciətində  bir daha sübut olunur. Eyni zamanda, sübut olunub ki, Şahbaz Quliyev çəkiliş aparmayıb, lakin qrupun tərkibində olub”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM