Ermənilərdən Putinə etiraz - FOTO

21:27 | 20.05.2014
Ermənilərdən Putinə etiraz - FOTO

Ermənilərdən Putinə etiraz - FOTO

Moskvanın siyasətinə etiraz edən ermənilər Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin persona non grata elan olunmasını tələb edərək nümayiş keçiriblər. ANS PRESS-in məlumatına görə, erməniləri narazı salan səbəb Kremlin Ermənistanı Gömrük İttifaqına birləşməyə məcbur etməsidir və Ivan Volınkinin Ermənistan Respublikasının suverenliyinə hörmətsizlik göstərməsidir.Bu məqsədlə etiraz aksiyası keçirən Ermənistan vətəndaşları İrəvanın Azadlıq meydanından Rusiya səfirliyinin qarşısına qədər davam edən yürüş ediblər. Etirazçıların əsas şüarları “Putinizmə Yox!”, “Azad, müstəqil Ermənistan” olub. Nümayiş iştirakçıları əllərində Ermənistan, Avropa İttifaqı bayraqlarını, siyasi məhbus hesab etdikləri Volodya Avetisyanın və Şant Harutyunyanın şəkillərini tutub və Rusiyanın işğalçılıq siyasətini pisləyərək “Eşq olsun Ukraynaya!” şüarları səsləndiriblər. Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Rusiyada dərc olunan “Noyev kovçeq” qəzetinə müsahibəsində Rusiyanın Ermənistan informasiya məkanında daha fəal iştirak etməsinin labüdlüyünü bildirərək, iki ölkə arasında münasibətləri korlamaq istəyən QHT-lərin neytrallaşdırılması yönündə iş aparmağa çağırmışdı. Səfirin məhz bu fikirləri Ermənistanın bir çox ictimai təşkilatları tərəfindən Ermənistanın daxili işlərinə müdaxilə və suverenliyinə hörmətsizlik kimi qəbul edilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti