Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.
Erməni hərbi cinayəti nəticəsində Azərbaycanın 4 mülki vətəndaşı həlak olub. Onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.
Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olmuş uşaqların sayı 11-ə çatıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !