Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - FOTOLAR

13:04 | 21.12.2021
Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - FOTOLAR

Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - FOTOLAR

Dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi dekabrın 20-si geri qaytarılıb. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rəsmi teleqram kanalında həmin hərbçilərin fotoları paylaşılıb.

Azərbaycan Müdafiə Nazirliyi də məsələ barədə məlumat yayıb. Bildirilib ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 20-si geri qaytarılması təmin olunub.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM