Ermənistanda vəziyyət günü-gündən daha da ağırlaşır. Ölkə yenidən xarici borcunu artırır. Hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsrin qarşısını almaq üçün yeni kreditlər almaq niyyətindədir. Belə ki, gələn il Ermənistanın dövlət borcu 7 milyard dolları keçə bilər. Bu barədə açıqlamanı maliyyə naziri Vardan Aramyan özü deyib.
Lakin bu gəlirlərdən sadə xalqa heç nə çatmayacaq. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, gələn ilə də bu ölkədə pensiya, sosiala ödəniş və maaşlarda heç bir artım gözlənilmir.
Bu ölkənin ötən gün təsdiqlənən dövlət büdcəsi layihəsində əksini tapıb. Pensiyanın baza hissəsi daha öncə olduğu kimi 16 min dramdır (təqribən 34 dollar). İlk 10 ilə görə hesablanma 800 (1,6 dollar), sonrakı illərdə isə 500 dramla (1 dolar) aparılır.
Statistika xidmətinin bu yaya aolan məlumatına görə, isə ölkədə istehlak səbətinin dəyəri 51 200 dramdır (təqribən 106 dollar). Bu isə o deməkdir ki, ermənilər pensiya hesabına cəmi 3-4 gün yaşaya biləcəklər.
Ölkədə minimal əmək haqqında da dəyişiklik gözlənilmir - 55 min dram (115 dollar). Bütün bunlar isə təbii ki, pulsuzluqla əlaqədardır.
Lakin bu göstəricilər hakimiyyəti elə də narahat etmir. "Borcu olmayan, büdcə kəsri qeydə alınmayan dövlət yoxdur", deyə Aramyan bildirib. Onun sözlərinə görə, kredit vasaitləri beynəlxalq maliyyə sturukturlarından alınıblar.
"Pensiya və ödənişlər ölkənin öz iqtisadiyyatını stabilləşdirməsindən sonra artacaq. Ancaq bu halda hökumət öz üzərinə əlavə sosial öhdəliklər götürə bilər".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !