Erməni politoloq Qarabağ iddialarının zəiflədiyini etiraf edib
"Rusiya Azərbaycana silah satmaqla Ermənistanı özündən daha çox asılı vəziyyətə salır".
ANS PRESS-in məlumatına görə, bunu Ermənistan Strateji və Milli Araşdırmalar mərkəzinin sədri, politoloq Manvel Sarkisyan deyib. Onun sözlərinə görə, Rusiya rəsmi Bakıya silah satmaqla Azərbaycan ordusunu Ermənistanla müqayisədə gücləndirir. Bu isə Ermənistanın milli təhlükəsizliyini birbaşa şübhə altına salır. Yaranmış vəziyyət Rusiyaya sərf edir. Belə olan təqdirdə rəsmi Moskva Ermənistanı özündən daha çox asılı vəziyyətə salır.
“Açıq-aydın görünür ki, biz Dağlıq Qarabağla bağlı iddialarımzı irəli sürə bilmirik. Heç kim irad tutmur ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini niyə tanımır? Niyə rəsmi Moskva qarşı tərəfi daha çox silahlandırır? Niyə Ermənistanın İranla iqtisadi əlaqələrinin genişləndirməsinə mane olur?. Bunları heç kim bəyan etmir”, M.Sarkisyan deyib.
Politoloqun sözlərinə görə, Rusiya Azərbaycana silah satmaqla rəsmi Bakı ilə ikitərəfli münasibətləri daha da möhkəmləndirməyə çalışır.
ANN.Az