• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Ermənilərin son hərbi təlimlər ilə bağlı maraqlı faktlar tapılıb - Foto

Ermənilərin son hərbi təlimlər ilə bağlı maraqlı faktlar tapılıb - Foto
22.11.2014 17:45

Ermənistandakı raket atışı Qarabağdakı kimi təqdim olunub, Ermənistanda keçirilmiş hərbi təlimlərin video və foto görüntüləri saxtalaşdırılaraq yayımlanıb

Ermənilər “Birlik-2014” hərbi təlimləri zamanı Ermənistanda icra olunan əməliyyatları Qarabağda keçirilmiş əməliyyat kimi təqdim ediblər. Eyni zamanda Ermənistan Respublikasının ərazisində döyüş növbətçiliyi aparan S-300 zenit-raket batareyasını Qarabağa gətiriblər.

ANN.Az APA-ya istinadən xəbər verir ki, apardığı araşdırmalar zamanı məlum olub ki, ermənilərin mətbuatda və sosial şəbəkələrdə təqdim etdikləri bəzi təlim fotoları Azərbaycanın işğal olunmuş ərazilərindəki təlim epizodlarında deyil, Ermənistan Respublikasının ərazisindəki poliqonlarda çəkilib. Ermənilər bu görüntüləri Qarabağda keçirilən təlimlərdə icra olunmuş fəaliyyətlər adı ilə ictimaiyyətə təqdim etməklə, Qarabağ əhalisində ruh düşkünlüyünü aradan qaldırmaq və Azərbaycan tərəfinə psixoloji təsir göstərmək niyyəti güdüblər.

Eyni zamanda bu foto və video kadrların müxtəlif yerlərdə, ayrı-ayrı vaxtlarda çəkilməsi, o cümlədən fotoşop və montaj edilərək yayılması da şübhə doğurmur.

Noyabrın 12-də Ağdam rayonu üzərində Ermənistan HHQ-nə məxsus Mi-24 döyüş helikopterinin vurulmasından sonra, ermənilər Qarabağdakı təlimdə 9K33 “Osa” (SA-8 Gecko) zenit raket komplekslərindən atış həyata keçirilməsini əks etdirən fotolar yayımlayıblar. Ermənilər atışın Qarabağda həyata keçirildiyini qeyd etsələr də, konkret hansı ərazidə olduğunu göstərməyiblər.

Ermənilərin təlimin sonrakı günlərində yayımladıqları videolardan isə həmin atışın Ermənistanın Qeqarkunik vilayətində, Göyçə gölü sahilində həyata keçirildiyi aydınlaşıb.

Azərbaycan hərbi mənbələrindən əldə olunmuş məlumata görə, işğal altındakı ərazilərdə hər hansı bir raket buraxılışı olmayıb. Ermənilərin Qarabağda yerləşdirdikləri “Osa” və 2K11 “Kruq” (SA-4 Ganef) zenit-raket kompleksləri təlimdə yalnız əraziyə çıxmaqla kifayətləniblər.

Təlimlər zamanı ermənilərin işğal altındakı Azərbaycan ərazilərinə (Xankəndi yaxınlığına) gətirdikləri bir S-300 zenit-raket batareyası (6 buraxıcı maşın) yerləşdirmələri görüntülərdə əksini tapıb. Hərbçilərin sözlərinə görə, Qarabağda ermənilərin S-300 kompleksi mövcud olmayıb. Yalnız döyüş əməliyyatları zamanı Ermənistandan gəlib yerləşmələri üçün onlara Xankəndi yaxınlığında ayrılmış post yeri var. Görüntülərdə yer alan S-300-lər Qarabağ ermənilərinə dəstək nümayişi üçün təlim zamanı Ermənistanın Gorus rayonundan gətirilməsi və ya kadrların elə oradaca çəkilməsi ehtimalı var.

Təlimlərdə Qarabağdakı separatçıların istifadəsindəki 82 mm çaplı 2B9 “Vasilyok” avtomatik minaatanları da diqqət çəkib. Əvvəlki illərdə keçirilən təlimlərdə Qarabağdakı erməni birləşmələrinin silahlanmasında “Vasilyok” minaatanının olmasını əks etdirən heç bir görüntüyə rast gəlinməyib. 1992-1994-cü illərdə Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş hərbçilərin məlumatına görə, qeyd olunan dövrdə ermənilər tərəfindən iki dəfə bu minaatandan istifadə faktı qeydə alınıb. Erməni silahlı dəstələrinin əlində olan 2 ədəd “Vasilyok”dan biri Ağdam rayonunun Orta Güneypəyə kəndi yaxınlığında Daxili Qoşunların, digəri isə Çıldıran yüksəkliyi yaxınlığında Milli Ordunun əsgərləri tərəfindən qənimət götürülüb. Son təlimdə yer alan minaatanların Qarabağdakı hərbi birləşmələrin inventarına təlim ləvazimatı kimi daxil olduğunu güman etmək olar.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Buenos-Ayresə başsağlığı verib
Siyasət 23:05
Bakı Buenos-Ayresə başsağlığı verib
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Siyasət 22:07
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Siyasət 21:52
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Siyasət 21:24
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Siyasət 19:19
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Rəsmi Bakıdan fransalı nazirə cavab
Siyasət 18:29
Rəsmi Bakıdan fransalı nazirə cavab
Ceyhun Bayramov Qazaxıstana gedib
Siyasət 18:17
Ceyhun Bayramov Qazaxıstana gedib
Azərbaycan və Suriya XİN nümayəndələri görüşüblər
Siyasət 17:56
Azərbaycan və Suriya XİN nümayəndələri görüşüblər
Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib
Siyasət 13:37
Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol