ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, genetika üzrə mütəxəssis doktor Osman Çataloluk bildirib ki, Ermənistanda yaşayan bütün ermənilərin 49 faizi türk-qıpçaq mənşəlidir və bu nəticədən narahat olan Ermənistan hökuməti genetik araşdırmanın fəaliyyətinin dayandırılmasına göstəriş verib.
Osman Çataloluk türk mediasına açıqlamasında qeyd edib ki, bu nəticə daha əvvəllər də genetika alimlərinə bəlli olub: "Bu nəticə daha əvvəllər də alimlərə bəlli olan bir həqiqətdir. Ermənilərin bunu uzun müddət rədd etməsinə baxmayaraq, həqiqət ermənilərin qıpçaqlardan törədiyini göstərir".
"HƏQİQƏT ORTAYA ÇIXMAĞA BAŞLADI"
Həqiqətin yeni-yeni ortaya çıxmağa başladığına diqqət çəkən Çataloluk bu məlumatları verib: "Şəxsi genetik tədqiqatlarda Türkiyənin Qaziantep əyalətindən başlayaraq, Sivas, Amasya, Tokat yolu ilə Samsuna enən, buradan da Qara dəniz sahili boyunca Gürcüstan və Ermənistana uzanan, hətta genetik olaraq yüzlərlə R1B-M269 mutasiya rast gəlinmişdir. Bu mutasiyanın meydana gəldiyi tarix miladdan öncə 4700-ci illərdir. Bu tarix Subar-Şumer müharibəsi ilə üst-üstə düşür. Şumerlərdən qaçan Subar prototürk icması Anadoluya keçərək, burada yayılmağa başlayıb. Bir qismi də Qara Dəniz boyunca yerləşirib. Kut/Gut, Hitit, Skiflər və ardıcılları olan Qıpçaqların əcdadları bu prototürk qrupudur. Bu həqiqət indi ortaya çıxmağa başlamışdır".
Digər tərəfdən bugünkü Ermənistan ərazisində tarixən müxtəlif xalqların yaşadığını qeyd edən Çataloluk "Armania" sözünün minlərlə ildir coğrafi region olaraq tanındığını bildirib. Alimin sözlərinə görə, yer adı olduğundan belə bir etnik kök mövcud olmayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !