Ermənistan AES-siz qalacaq

11:49 | 06.06.2014
Ermənistan AES-siz qalacaq

Ermənistan AES-siz qalacaq

Ermənistan gec-tez atom elektrik stansiyasını (AES) itirəcək. ANS PRESS-in məlumatına görə, bu barədə iyunun 5-də jurnalistlərə iqtisadçı Aşot Yeqiazaryan bildirib.Onun sözlərinə görə, Ermənistan gözləyirdi ki, Rusiya yeni blokun tikintisini maliyyələşdirəcək, amma bu barədə yekun saziş hələ də bağlanmır. 2013-cü ilin sonlarından bildirilir ki, Rusiya tərəfi AES-in moderləşdirilməsinə 300 milyon dollar kredit verəcək.“Amma indi aydın olur ki, Ermənistan həmin pulu ala bilməyəcək. Beləliklə, gec-tez respublikanın müəyyən edilmiş 407,5 MVt gücü sıradan çıxacaq. Amma biz 1060 MVt gücü olan yeni enerji blokunu da itiririk, göründüyü kimi, o da tikilməyəcək. Deməli, Ermənistan enerji kəsiri ilə üzləşəcək”, - deyə Yeqizaryan vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM