Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu

17:50 | 04.12.2014
Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu

Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu

Ermənistan parlamenti bu gün keçirilən iclasında ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sənədi təsdiqləyib.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, Ermənistanın Aİİ-yə qoşulması barədə sazişin lehinə 103 deputat, əleyhinə isə 7 deputat səs verib. Bir erməni deputat məsələ ilə bağlı fikir bildirməkdən imtina edib.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti