• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Ermənistan Avropa İttifaqına müraciət edib

Ermənistan Avropa İttifaqına  müraciət edib
04.04.2024 16:32
Ermənistan Avropa Sülh Fondunun benefisiarları siyahısına daxil edilməsi xahişi ilə Avropa İttifaqına müraciət edib. Bunu Milli Assambleyanın Avropaya inteqrasiya daimi komissiyasının rəhbəri Arman Yeqoyan parlamentdə çıxışında bildirib. 

"Bu, texniki yardımdan tutmuş öldürücü olmayan silahların tədarükünə qədər müxtəlif növ təhlükəsizlik yardımını təmin edən başqa bir təhlükəsizlik mexanizmidir. Hazırda bu məsələ müzakirə olunur. Ümid edirəm ki, Ermənistan bu mexanizmin bir hissəsi olacaq”,  - Yeqoyan deyib.

Eqoyan həmçinin bildirib ki, Aİ-Ermənistan Tərəfdaşlıq Şurası bu yaxınlarda əməkdaşlığın bütün sahələrində daha iddialı birgə prioritetləri nəzərdə tutan yeni Aİ-Ermənistan tərəfdaşlıq gündəliyinin hazırlanması barədə qərar qəbul edib.

"Söhbət siyasi sənəddən gedir, o da hazırda işlənmə mərhələsindədir. İşlərin cari ilin may-iyun aylarında başa çatdırılacağı gözlənilir”, - deyə Avrointeqrasiya komissiyasının sədri bildirib.
 
N.Təbtizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
London məhkəməsi İsrailə F-35 hissələrinin ixracına etirazı rədd edib
Dünya 08:46
London məhkəməsi İsrailə F-35 hissələrinin ixracına etirazı rədd edib
Hakerlər Trampın müttəfiqlərindən oğurlanmış məktubları yaymaqla hədələyir
Dünya 08:42
Hakerlər Trampın müttəfiqlərindən oğurlanmış məktubları yaymaqla hədələyir
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Dünya 19:58
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol