Ermənistan İranla sərhəddə azad ticarət zonası yaratmağı planlaşdırır. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan açıqlama verib.Onun sözlərinə görə, İranla iqtisadi əlaqələr Ermənistan üçün vacib məsələlərdən biridir: “İran bizim tərəfdaşımız və dostumuzdur”. Nazir bildirib ki, azad ticarət zonasının yaradılması ilə bağlı layihə həm Ermənistan, həm də xarici ölkələrdə fəaliyyət göstərən iş adamlarının marağına səbəb olub. Nazir azad ticarət zonasının nə vaxt yaradılacağına və layihəyə nə qədər vəsait sərf ediləcəyinə dair suallara cavab verməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !