• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açdığını etiraf edib

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açdığını etiraf edib
12.04.2024 12:44
Ermənistanın Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentin məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verdiyini etiraf edib.

Bu barədə sözügedən qurumun məlumatında bildirilib.




Qeyd olunub ki, hazırda faktla bağlı cinayət işi qaldırılıb.


Xatırladaq ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol