Ermənistan Azərbaycan tərəfdən sülh müqaviləsi ilə bağlı təkliflər alıb -Ermənistan XİN

17:56 | 26.04.2024
Ermənistan Azərbaycan tərəfdən sülh müqaviləsi ilə bağlı təkliflər alıb -Ermənistan XİN

Ermənistan Azərbaycan tərəfdən sülh müqaviləsi ilə bağlı təkliflər alıb -Ermənistan XİN

Ermənistan Azərbaycan tərəfdən "Sülh müqaviləsi" layihəsi  ilə bağlı təkliflər alıb. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
 
"Ermənistan Azərbaycan tərəfdən "Sülh müqaviləsi" mətninin 9-cu nəşri layihəsinə dair təkliflər alıb”, - XİN nümayəndəsi bildirib.

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. 
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM