Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib

11:40 | 22.11.2023
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında dövlət sərhədində delimitasiya komissiyalarının iclasının keçirilməsinə razılıq verib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin noyabrın 21-də yaydığı bəyanatda qeyd olunub.  

"Ermənistan tərəfi Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səy göstərmək üçün siyasi iradəsini təsdiq edərək, noyabrın 21-də münaqişənin nizamlanmasına dair sazişin 6-cı nəşrini Azərbaycan tərəfinə təhvil verib", - bəyanatda qeyd olunub. 
 
Ermənistan XİN qeyd edir ki, sülh sənədi üzrə danışıqları davam etdirməyə hazırdır. 

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da mətbuata açıqlamasında bildirib ki, Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırılıb.
 
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında yazıb ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirir.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında vurğuayıb ki, yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM