2022-ci ilin 12-14 sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatıların üzərindən bir il ötür. Döyüşlər zamanı Azərbaycan Ordusundan 80 hərbi qulluqçusu şəhid olub, 300-ə yaxın hərbçi yaralanıb.
Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri getsə də tərəflər bir birini təxribatlar törətməkdə günahlandırır və bu, ekspertlərin fikrincə, sülh müqaviləsinin imzalanmasına əngəl yaradır.
Belə ki, sentyabrın Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib ki, Azərbaycan tərəfi Ermənistanla sərhəddə qoşun yığır. Rəsmi Bakı Paşinyanın bu açıqlamasını rədd edərək vurğulayıb ki, Azərbaycan tərəfi sadəcə təlim prosesini icra edir. Bundan əlavə, Azərbaycan Müdafiə Nazirliyi son günlər Ermənistanla sərhəddə gərginliyin olduğunu açıqlayır. Nazirlik qarşı tərəfin dəfələrlə təxribata cəhdlər etdiyini və Azərbaycan tərəfdən bunun qarşısının alındığını vurğulayır.
Baş verən təxribatlarla bağlı Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, bu təxribatların baş vermə səbəbi Ermənistanın Azərbaycan daxilində müstəqil muxtariyyət istəməsidir.
"Ermənistanda revanşizim hələ də hökm sürür və bu həm iqtidarın sıralarında, həm müxalifətin, həm də erməni ictimaiyyətinin arasında kifayət qədər güclüdür. İkinci Qarabağ Müharibəsinin başlanmasından təxminən üç il ötsə də, Ermənistanın siyasi rəhbəri aldığı zərbədən hələ də özünə gələ bilməyib. Onların revanşizim duyğuları xaricdəki himayədarlarını bir qədər də gücləndirir. Ermənistan siyasi rəhbərliyi bu gün bəlkə də, Qarabağın qaytarılması xülyası ilə yaşayırlar. Ermənistanın baş naziri Nikol Paşinyan çox yaxşı dərk edir ki, Qarabağın Azərbaycandan qoparmaq qeyri mümkündürdur. Yəni məğlub statusunda Ermənistan rəhbərliyi yeni bir "B planını" işə salmaq istəyir. Bu planın mahiyyəti ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər üçün siyasi hüquqlar və onların təhlükəsizliyi məsələsini son dərəcə qabardıb, Azərbaycan daxilində müstəqil muxtariyyət əldə etməkdir. Həm də öz xarici himayədarlarını bu prosesə qatırlar ki, bu muxtariyyət beynəlxalq himayədarlıq altında olsun. Fransanın, Amerika Birləşmiş Ştatlarının, böyük bir beynəlxalq təşkilatların himayəsi altında olmaq istəyirlər. Bunu həyata keçirmək üçün Ermənistan və Azərbaycan arasında etimad mühitinin yaradılması planının pozulmasına gətirib çıxarır deyə, hər zaman elə bir fon yaradılmalıdır ki, bu iki xalqın yanaşı yaşaması qeyri mümkündür. Bu səbəbdən də təxribatlar intensiv xarakter kəsb edir və xüsusilə də sülh müqaviləsinin imzalanması ilə bağlı ümidlərin artığı bir reallıqda Ermənistan bütün bu proqnozları alt-üst edə biləcək addımlar atır. Bu məntiqdən çıxış edərək, Ermənistanin təxribatları artır. Bu son zamanlar intensivləşir. Belə olacağı təqdirdə hadisələr gözlənilməz senari üzrə inkişaf edə bilər",- millət vəkili əlavə edib.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri bir çox rəsmi görüşlər keçirib.
İstiqamət:6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;
Qeyd:Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !