Ermənistan hərbçilərini Suriyaya göndərir

18:18 | 12.09.2018
Ermənistan hərbçilərini Suriyaya göndərir

Ermənistan hərbçilərini Suriyaya göndərir

Ermənistan müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında bildirib ki, humanitar missiya çərçivəsində Suriyaya 100 erməni hərbçi göndəriləcək. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "Sputnik Ermənistan” məlumat yayıb. 

"Bu, Silahlı Qüvvələrin humanitar mütəxəssisləridir. Bunlar həkimlər, minaaxtaranlar və onların təhlükəsizliyini təmin edənlərdir”, - Tonoyan deyib.

Onun sözlərinə görə, Suriyada humanitar missiyada iştirak Ermənistanın maraqlarına daxildir. 

"Hələlik göndərilmə tarixi məlum deyil, indi dislokasiya və texniki təminat üçün baza yaradılır. Bu, erməni tərəfi üçün çox vacibdir”, - Tonoyan əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM