Ermənistan hökuməti energetika nazirliyinin Metsamor Atom-Elektrik Stansiyasının (AES) istismar müddətinin artırılması təklifinə müsbət rəy verib.APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, müvafiq qərar martın 27-də qəbul olunub. Qeyd edək ki, Metsamor AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alınıb. Stansiyanın istismar resurslarının Rusiyanın kredit vəsaitləri hesabına artırılması planlaşdırılır. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !