Ermənistan iki delimitasiya komissiyası yaradıb

14:36 | 22.04.2024
Ermənistan iki delimitasiya komissiyası yaradıb

Ermənistan iki delimitasiya komissiyası yaradıb

Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın nəzdində Tavuş vilayətinin sakinləri və respublikanın təhlükəsizlik blokunun nümayəndələrinin daxil olduğu iki işçi qrupu yaradılıb. Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat verib.

Hökumətin qərarına əsasən, Ermənistan tərəfdə - Bağanis, Viskaper, Kirants, Berkaber, Azərbaycan tərəfdən Baqanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı yaşayış məntəqələri arasında geodeziya işləri aparıldıqdan sonra koordinatların dəqiqləşdirilməsi, müvafiq protokol və təsvirin yaradılması məqsədilə işçi qruplar yaradılıb. 

Nazirlər Kabinetinin rəhbərinin qərarına əsasən, Tavuş vilayətinin qubernatoru Hayk Qalumyanın rəhbərlik etdiyi birinci qrupa Noyemberyan icmasının liderləri Arsen Ağababyan, İcevan Artur Çaqaryan, Voskepar, Bağanis, Berkaber, Kirants icmalarının rəhbərləri və həmin kənd sakinləri daxil edilib.

İkinci qrup Ermənistanın təhlükəsizlik blokunun nümayəndələrindən ibarətdir.
 
O cümlədən, MTN departamentinin rəhbəri David Sanamyan işin təşkili üzrə koordinator təyin edilib.
 
Müdafiə nazirinin müavini Arman Sarkisyan, habelə Kadastr Komitəsinin rəis müavini, ER Silahlı Qüvvələrinin Baş Qərargahının müavini ,O. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı və  başqaları David Sanamyanın tabeçiliyinə verilib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM