Ermənistan indiyədək KTMT-dən çıxmaq niyyətini açıqlamayıb, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl KTMT-nin baş katibi vəzifəsini tutmuş Nikolay Bordyuja bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırması böyük səhvdir, İrəvan həmişə Moskvadan və təşkilat üzvlərindən böyük yardım alıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !