Ermənistan Müdafiə Nazirliyi ABŞ-la əməkdaşlıq edir

17:18 | 28.10.2024
Ermənistan Müdafiə Nazirliyi ABŞ-la əməkdaşlıq edir

Ermənistan Müdafiə Nazirliyi ABŞ-la əməkdaşlıq edir

Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə nazirinin birinci müavini Edvard Asryan Ermənistan Müdafiə Nazirliyinin ABŞ-la müdafiə ilə bağlı bütün aspektlər üzrə fəal əməkdaşlıq etdiyini bildirib.


"Biz ABŞ ilə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Bu, müdafiə sahəsində bir əməkdaşlıqdır,” – o bildirib, ABŞ-dan silah alınması imkanları barədə suala cavab verməkdən imtina edib.


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan hazırda Azərbaycanla hərbi gərginliyin artması təhlükəsini görmədiyini bildirib.

"Hazırda hərbi gərginliyin artması təhlükəsi yoxdur, sərhədlərdə vəziyyət nisbətən stabil qiymətləndirilir,” –  Asryan parlamentdə keçirilən brifinqdə qeyd edib.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti