Ermənistan ordusunda 64 hərbçinin ölüm faktı qeydə alınıb - Hüquq müdafiəçisi

17:20 | 15.09.2023
Ermənistan ordusunda 64 hərbçinin ölüm faktı qeydə alınıb - Hüquq müdafiəçisi

Ermənistan ordusunda 64 hərbçinin ölüm faktı qeydə alınıb - Hüquq müdafiəçisi

2023-cü ilin yanvarın 1-dən sentyabrın 13-dək Ermənistan Silahlı Qüvvələrində o cümlədən xidməti vəzifələrinin icrası ilə bağlı olmayan 64 hərbi qulluqçu ölümü faktı qeydə alınıb. Bu barədə Ermənistan mətbuatı ölkənin hüquq müdafiəçisi Nina Karapetyantsana istinadan yazıb. 
 
Hüquq müdafiəçisi bu halların artığını və baş verən hadisələrin keçmişdə törədilmiş cinayətlərin cəzasız qalması ilə bağlıdır.
 
"Pproblem cəzasızlıqdır. Baş nazir tərəfindən xüsusi komissiya yaradılsa da, Mərkəzi Komitəyə xüsusi tapşırıqlar verilsə də, keçmişdə törədilmiş cinayətlərin həllini görməmişik. Qara paltarlı analar yenidən küçələrə çıxıb və onların sayı günü-gündən artır. Yəni, institusional dəyişikliklərin olmamasından tutmuş, keçmişdə törədilmiş cinayətlərin üzə çıxarılmamasına, günahkarların cəzalandırılmamasına qədər bir çox məsələlər var. Artıq bu, belə demək mümkünsə, bir yola çevrilib, insan öləndə günahkarlara məsuliyyətdən yayınmaq imkanı verilir, çünki başqa məntiq yoxdur.

Nina Karapetyantsan  deyir ki, hər bir iş üzrə düzgün, ardıcıl və qərəzsiz araşdırma aparılmalı, günahkarlar cəzalandırılmalıdır. Hüquq müdafiəçisi onu da vurğuladı ki, zabitlər formal deyil, həqiqi təhsil almalıdırlar, gələcək zabitin döyülərək asıldığı universitetdə yox, digərləri isə sponsorluq etdikləri üçün susurlar. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM