Hadisə ilə bağlı araşdırma aparılır
Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb.
"Report"un xəbərinə görə, ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın halı daha da pisləşdiyindən həkimlər onun həyatını xilas edə bilməyib.
Müəmmalı şəraitdə xəsarət alan buldozerçi Murad Ovanesyan qısa müddət ərzində xəstəxanada ölüb.
Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !