Ermənistanda etiraz hərəkatının lideri Baqrat Qalstanyan parlament müxalifətinin deputatları ilə sentyabrın 22-də keçiriləcək mitinqin təfərrüatlarını və baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi məsələsini müzakirə edib. Bu barədə "Joxovurd” qəzeti yazıb.
İki saat davam edən görüş bir gün əvvəl Ermənistan parlamentində "Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın kabinetində baş tutub.
Nəşr qeyd edib ki, onlar arasında parlamentdə belə formatda görüş ilk dəfə keçirilib. Bunun təşəbbüskarı Baqrat Qalstanyanın özü olub. Əsas müzakirə mövzusu sentyabrın 22-də keçiriləcək mitinq və ictimai təzyiq altında baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi məsələsi olub.
Qalstanyan müxalifətin hərəkatı dəstəkləməyə həm parlamentdə, həm də küçə mitinqlərində dəstəkləyəcəyini bildirib.
"Hraparak” qəzeti isə iddia edir ki, erməni elitası baş nazir Nikol Paşinyanın hökumtdə guya "təmizləmələr” hazırlaması fonunda öz aqibətindən qorxur.
"Mülki Müqavilə”nin görkəmli nümayəndələrini xarici çağırışlardan çox öz taleyi narahat edir. Məsələ burasındadır ki, Nikol Paşinyan bu yaxınlarda komandasənda yaxın aylarda "təmizlənmə”lər aparacağına eyham vurub.
Elitada seçkiqabağı kadr dəyişikliklərinin olacağına, Paşinyanın korrupsiyaya qarşı güclü mübarizə kartını oynaya biləcəyinə və öz komandasında olan korruösionerli də azad edəcəyinə şübhə etmirlər.
"Nə müxalifətin mübarizəsi, nə də xarici hadisələr onları həyatın məqsədi kimi təkrar seçilməsini elan edən bir liderin həyata keçirəcəyi seçki şousuna bənzəyən bu "Son qiyamət” qədər qorxutmur. Və kimin birinci cəzalanacağını səbirsizliklə gözləyirlər. Eyni zamanda, hamı digərinin "ölümünə” sevinəcək ki, bu burulğana düşməsin”, – qəzet yazıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !