• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı

Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı
29.11.2020 19:58
 "Ermənistan böhrandan növbədənkənar seçkilər yolu ilə çıxa bilər”.

"Qafqazinfo” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Moskvada erməni icması ilə görüşündə bildirib.

Azərbaycana bütün cəbhələrdə, o cümlədən informasiya məkanında uduzduqlarını deyən Sarkisyan ölkədə 1994-cü ildən əhalinin sayında artım olmadığını, Azərbaycan orduya böyük sərmayə qoyduğu halda, Ermənistanın hələ də 90-cı illərin ortalarındakı fikirlərlə yaşadığını etiraf edib.

"İstənilən ölkədə belə bir faciəyə səbəb olan hökumət istefaya getməlidir. Güclü siyasətçi yenidən qayıda bilər. Amma indi Ermənistan başqa ölkədir, əvvəlki kimi davam etmək olmaz. Böhrandan çıxmağın sivil yolları var: erkən seçkilər, xalqın razılığı əsasında hökumətin qurulması. Bu o demək deyil ki, hər bir partiyanın öz naziri olmalıdır. Əksinə, keçid hökuməti öz sahəsi üzrə ixtisaslaşmış şəxslər tərəfindən təşkil edilə bilər, onu isə ümumi etimadı qazanmış şəxs qurmalıdır. Belə hökumət yeni seçkilərə qədər altı ay və ya bir il işləməlidir”, - deyə Sarkisyan Paşinyanı istefaya çağırıb.

Ermənistan prezidenti, eyni zamanda konstitusiyada da dəyişikliklər edilməli olduğunu,  parlament, hökumət və prezident institutu arasında tarazlığın vacibliyini qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiyada zəlzələ olub
Dünya 11:30
Yaponiyada zəlzələ olub
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Dünya 10:30
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Mask yeni partiya yaratdığını elan edib
Dünya 10:02
Mask yeni partiya yaratdığını elan edib
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol