Ermənistan Qarabağla bağlı KTMT-dan siyasi bəyanat gözləyir

12:39 | 04.04.2024
Ermənistan Qarabağla bağlı KTMT-dan siyasi bəyanat gözləyir

Ermənistan Qarabağla bağlı KTMT-dan siyasi bəyanat gözləyir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) "Ermənistanın suveren ərazilərini işğal etdiyi” barədə siyasi bəyanət gözlədiyini deyir. Bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
 
"Ermənistannın sərhədləri çox aydındır, suveren sərhədlərinin harada yerləşdiyi bəllidir. Digər mübahisəli sual budur ki, KTMT katibliyinin ölkələr adından belə bəyanatlar vermək səlahiyyəti varmı? Bizim mövqeyimiz dəyişməyib, gözləyirik KTMT xüsusilə 2022-ci ilin sentyabrında Ermənistanın "suveren ərazilərinin işğalı faktına siyasi qiymət verməlidir"”, - o bildirib. 
 
İyunda KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. 

Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.
 
Hazırda Ermənistan KTMT-dakı fəaliyyətini dondurduğunu açıqlayıb. 
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM