Ermənistan parlamentinin spikeri Alen Simonian və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın ərazi bütövlüyünün müdafiəsində göstərdiyi dəstəyə görə İrana təşəkkür ediblər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın nəzarəti xarici güclərə verəcək istənilən dəhlizə qarşı olduğunu bir daha bəyan edərək, Ermənistanın öz sərhədləri və gömrük məntəqələrinə tam nəzarəti saxlayacağını vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın İranla həmsərhəd olan Sünik vilayətindən keçən nəqliyyat marşrutunun tikintisini gecikdirdiyinə görə, Ermənistanı tənqid etməsindən sonra İran məsələ ilə bağlı narahatlığını ifadə edib.
Rəsmi Tehran Ermənistanla sərhədini itirməkdən ehtiyatlandığını bildirərək Rusiya və Azərbaycanı regional sərhədlərin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq göndərib.
İranlı millət vəkilləri təklif olunan "Zəngəzur dəhlizi”ni İran üçün qırmızı xətt adlandırıblar.
Əli Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin toplantısında iştirak etmək üçün Rusiyaya səfər edib.
İran mediasının yazdığına görə, o, həmçinin "Rusiya rəsmiləri ilə Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli danışıqlar aparmağı” planlaşdırır”.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !