• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Süni İntellekt Qüvvələrinin yaradıldığını açıqlayıb

Tramp Süni İntellekt Qüvvələrinin yaradıldığını açıqlayıb
19.09.2026 22:15

ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsinə nəzarət etmək məqsədilə Süni İntellekt Qüvvələrinin yaradıldığını açıqlayıb.

Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki paylaşımında bildirib.

"Biz bu inanılmaz sənayenin inkişafına heç bir halda mane olmayacaq və ya onu ləngitməyəcəyik. Əksinə, onu dəstəkləyəcək və inkişaf etdikcə nəzarətdə saxlayacağıq. Bununla yanaşı, qanun pozuntularını mövcud cinayət və mülki ədliyyə sistemimiz vasitəsilə araşdıracağıq", – Tramp yazıb.

ABŞ Prezidenti yeni strukturun onun ilk hakimiyyət müddətində yaradılan Kosmik Qüvvələr nümunəsində formalaşdırıldığını qeyd edib.

Tramp süni intellekti yeni sənaye inqilabı adlandırıb və bu sahənin ABŞ-nin ümumi daxili məhsulunun 25%-nə qədərini əhatə edə biləcəyini bildirib.

"Biz Çin və dünyanın qalan hissəsini qabaqlayırıq və bu üstünlüyü qoruyub saxlamaq niyyətindəyəm", – o vurğulayıb.

Tramp yaxın vaxtlarda yeni strukturun rəhbərini təyin edəcəyini açıqlayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol