Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib - Paşinyan

12:29 | 20.04.2024
Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib - Paşinyan

Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib - Paşinyan

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi üzrə əldə olunmuş razılaşmanı şərh edərkən bildirib.

"Mən istəməzdim ki, baş verənləri şişirdək, amma eyni zamanda qiymətləndirməməyimizi də istəməzdim”, - o əlavə edib.

Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM