• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Ermənistan və Azərbaycan parlamentləri spikerlərinin martda görüşü gözlənilir

Ermənistan və Azərbaycan parlamentləri spikerlərinin martda görüşü gözlənilir
02.02.2024 12:12
Azərbaycan və Ermənistan arasında parlamentlərarası dialoq platformasının yaradılması ilə bağlı müzakirələr martın sonunda Cenevrədə baş tuta bilər. Bu barədə Ermənistan mətbuatı Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqa istinadan yazıb. 
 
Bildirilib ki, Parlamentlərarası İttifaq bu məsələni artıq Azərbacan hakimiyyəti ilə müzakirəə edib və aldığı reaksiyadan məmun qalıb. 
 
Rəsmi Bakının bu məsələ ilə bağlı hər hansı mövqeyi açıqlanmayıb. 

Martin Çunqonq qeyd edib ki, İttifaq regionda baş verən son hadisələrdən xəbərdardır və bütün dünyada sülh və təhlükəsizliyi təşviq etmək üçün yaradılmış bir təşkilat kimi qeyri-sabitliyə gətirib çıxara biləcək problemlərin həllinə dialoqun necə kömək edə biləcəyi ilə bağlı tərəflərlə müzakirələr aparmağı zəruri hesab edir. 
 
Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, bu görüş Azərbaycan və Ermənistan  arasında sülhün əldə edilməsinə kömək edə bilər. 
 
"Müharibə vəziyyyətində olan dövlətlərin buzları sındırmalarına ehtiyac var. Buna görə də bu görüşlər əhəmiyyətlidir. Hesab edirəm ki, bu görüşlər ən azından mövqelərin dinlənilməsi və real vəziyyətin müzakirəsi baxımından faydalıdır. Bu Ermənistan üçün də Azərbaycan üçün də lazımdır. Azərbaycanın bu məsələdə mövqeyi şəffaf və aydındır. Azərbaycan birmənalı şəkildə bölgənin sülh içində inkişafına maraqlıdır. Ermənistan isə əvvəlki siyasətindən imtina etmənin müəyyən siqnallarını verir. Əgər bu frekanslar üst-üstə düşsə, razılığa gəlmək mümkün olacaq. Kiminsə dövriyyəyə soxulması, kiminsə himayəsi altında hər hansı bir qeyri-müəyyənliyə ümid bəsləməsi Ermənistan üçün ağır nəticələr törədə bilər. Bunu onlar özləri də anlamalıdırlar və belə bir vəziyyətdə bizim də marağımız odur ki, real platformadan çıxış edərək Azərbaycanın təkliflərini, təşəbbüslərini bir daha təhlil edib reallaşmasına onlar da kömək etsinlər. Birlikdə bu çıxmazdan bölgəni xilas edə bilək” ,- o bildirib.
 
Politoloq Tural İsmayılovun fikrincə Azərbaycan və Ermənistan  arasında belə bir görüşün keçirilməsi müsbət addım hesab edilməlidir. 

"Bu görüşdən gözləntilər böyükdür, çünki bir neçə gün əvvəl də Azərbaycanla Ermənistan arasında delimitasiya komitlərinin görüşləri keçirilib. İndi bu görüşə qədər belə bir görüşün keçirilməsi hesab edirəm ki, qanunvericilik hakimiyyətlərinin nümayəndələri arasında əlaqələrin daimi və sıx olmağına özündə etifa edir. Bu görüşə qədər delimitasiya komissiyalarının iclasının keçirilməsi özü də müsbət bir addım hesab edilməlidir. Bunun ardınca belə bir kontekstə görüşün həyata keçirilməsi sülh möqaviləsi ilə bağlı müzakirələrin davam etdiyini göstərir və Azərbaycan və Ermənistan arasında təkcə diplomatlar səviyyəsində deyil, həm də qanunverici hakmiyyət orqanlarının rəhbərləri səviyyəsində təmasların daimi olmağını özlüyündə ehtiva edir. Həm də parlament spikerlərinin görüşlərinin ilk dəfə belə qeyri-rəsmi formatda keçirilməsi müsbət bir ənənənin də başlanğıcı olacaq.Hesab edirəm ki bu tip görüşlər bundan sonra da davam edəcək”, - o bildirib.

Parlamentlərarası İttifaqın növbəti assambleyası çərçivəsində (martın 23-dən 27-dək) ​​Ermənistan və Azərbaycan parlamentləri spikerlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bunun qeyri-rəsmi olacağı gözlənilir.

Yanvarın son günlərində Çunqonq Ermənistanda olub, orada baş nazir Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər rəsmi şəxslərlə görüşüb.
 
Gülnar Nazimqızı 
Çiçək Sadatova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol