Azərbaycanla Ermənistan arasındakı münaqişəni kənar oyunçuların iştiakı olmadan həll olunmalıdır. Bunu İranın XİN rəsmisi Əmir Abdullahyan deyib.
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlar zamanı vurğuladım ki, Qafqazdakı böhran yalnız daxili oyunçuların və region ölkələrinin iştirakı ilə, yəni "3+3” formatında həll oluna bilər. ”, - Əmir Abdullahyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib.
İranın mətbuatı yazır ki, Qriqoryan Abdullahiyanla danışıqlar zamanı münaqişənin "3+3” formatında həllini də alqışlayıb və İranın Cənubi Qafqazda davamlı sülhün yaradılmasındakı rolunu yüksək qiymətləndirib.
Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü və Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi ilk dəfə 2021-ci ildə Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışladılar, Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını, lakin sülhü "üçlük” şəklində saxlamaq üçün Bakı və İrəvana öz danışıqlar formatını təklif etdiyini bildirdi. 2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !