Ermənistan və Azərbaycanın suverenliyi şübhə altına alınmamalıdır - Almaniyalı nazir

09:45 | 22.09.2023
Ermənistan və Azərbaycanın suverenliyi şübhə altına alınmamalıdır - Almaniyalı nazir

Ermənistan və Azərbaycanın suverenliyi şübhə altına alınmamalıdır - Almaniyalı nazir

Ermənistan və Azərbaycanın suverenliyi şübhə altına alınmamalıdır. Bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok bildirib.

"Həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmamalıdır”, – TACC agentliyi nazirə istinadan yazıb. 

Eyni zamanda, o, Qarabağda mülki əhalinin müdafiəsi ilə bağlı məsuliyyəti Azərbaycanın üzərinə qoyub, erməni əhalisinin məcburi köçkün və ya qovulmasının yolverilməzliyini qeyd edib.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağdakı əməliyyatda bütün məqsədlərə nail olunduğunu açıqlayıb. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib ki, Ermənistan və Azərbaycan sülh münasibətləri qurmalıdır.
 
Sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmi nümayəndələri ilə Qarabağdakı ermənilərin nümayəndələri arasında görüş olub. Görüşdə erməni nümayəndələr Azərbaycandan humanitar yardım istəyib. Görüş nəticəsində bəzi nəticələrin tam həll olunmadğını və yaxın zamanda yenidən görüş olacağı açıqlanıb.  

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti