"Danışıqlar çox çətin oldu”.
Ermənistan və Belarus Avropa İttifaqının (Aİ) nümayəndələri tərəfindən hazırlanan Riqada "Şərq tərəfdaşlığı” sammitinin bəyanatının mətnini imzalamaqdan imtina ediblər.
Oxu.Az xəbər verir ki, "Reuters”in məlumatına görə, bəyanatda Krımın Rusiya tərəfindən işğal olunduğu qeyd olunub.
Aİ diplomatları mətnin kompromis variantını hazırlamağa məcburdurlar.
"Danışıqlar çox çətin oldu”, Aİ-nin Brüsseldə nümayəndəsi sammitin bəyanatının layihəsini nəzərdən keçirəndən sonra bəyan edib.
O qeyd edib ki, sammitin uğuru onun Moskvada necə qəbul olunacağından asılı olacaq.
Riqa sammitində Aİ, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusun XİN başçıları görüşəcəklər.
Sammitin kommunikesi cümə günü dərc olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !